DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET > “Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır” - Prezident

“Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır” - Prezident


19-10-2018, 22:39. Yerləşdirdi: sefa “Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır” - Prezident
““Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib”.

Xalqinfo.az-ın məlumatına görə, bu barədə prezident İlham Əliyev Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

İ. Əliyev qeyd edib ki, növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcək:

“Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda, biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, Cənub Qaz Dəhlizinin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması – bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır.

Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirik və bu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq”.
Geri qayıt