DataLife Engine > İqtisadiyyat > Şəkidə yol tikintisinə 20,8 milyon manat ayrıldı

Şəkidə yol tikintisinə 20,8 milyon manat ayrıldı


17-10-2018, 18:24. Yerləşdirdi: sefa Şəkidə yol tikintisinə 20,8 milyon manat ayrıldı
Prezident ilham Əliyev Şəki rayonunun Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, sərəncama əsasən on bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,8 milyon (iyirmi milyon səksən min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb
Geri qayıt