DataLife Engine > İqtisadiyyat > Komitədə elektron növbə sistemi layihəsinin təqdimatı keçirildi -

Komitədə elektron növbə sistemi layihəsinin təqdimatı keçirildi -


16-10-2018, 21:10. Yerləşdirdi: sefa Komitədə elektron növbə sistemi layihəsinin təqdimatı keçirildi -
Oktyabrın 16-da Dövlət Gömrük Komitəsində Estoniya mütəxəssisləri tərəfindən hazırlanan və bir sıra ölkələrin sərhədlərində tətbiq edilən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi” layihəsinin təqdimatı keçirilib.

Xalqinfo.az xəbər verir ki, təqdimat mərasimində Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Estoniya Respublikasının müvəqqəti işlər vəkili xanım Mariya Tasa, Estoniya-Azərbaycan Ticarət Palatasının sədri xanım Jana Kumpe və layihəni hazırlayan şirkətin nümayəndəsi Marius Kutateladze, komitə sədrinin müavinləri, baş idarə rəisləri və komitənin əməkdaşları iştirak ediblər.

Mərasimdə çıxış edən sədr Səfər Mehdiyev bildirib ki, gömrük sistemində aparılan və artıq birinci mərhələsi başa çatan islahatlar çərçivəsində informasiya texnologiyalarının tətbiqi hesabına bir sıra innovasiya layihələri həyata keçirilir. Əsas hədəflərdən birinin də gömrük-sərhəd keçid məntəqələrində elektron növbə sisteminin tətbiq olunması hesabına sıxlıqların aradan qaldırılması olduğunu vurğulayan Komitə sədri bu kimi layihələrin ətraflı şəkildə öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb.

Mariya Tasa və Jana Kumpe ölkələrimiz arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyətindən məmnunluqla bəhs edərək gömrük sahəsindəki əməkdaşlığın da əlaqələrin daha da inkişaf etdirilməsinə şərait yaradacağını bildiriblər.

Daha sonra estoniyalı mütəxəssis Marius Kutateladze tərəfindən “Nəqliyyat vasitələrinin sərhəd-buraxılış məntəqələrindən keçməsinin tənzimlənməsi məqsədilə yaradılan elektron növbə sistemi”nin təqdimatı keçirilib və “Növbələrin idarə olunması” adlı videoçarx nümayiş olunub.

Tədbirin sonunda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Komitədə elektron növbə sistemi layihəsinin təqdimatı keçirildi -
Komitədə elektron növbə sistemi layihəsinin təqdimatı keçirildi -
Komitədə elektron növbə sistemi layihəsinin təqdimatı keçirildi -
Komitədə elektron növbə sistemi layihəsinin təqdimatı keçirildi -
Geri qayıt