DataLife Engine > İqtisadiyyat > Qubada 48 mənzilli yaşayış binasının tikintisinə pul ayrıldı

Qubada 48 mənzilli yaşayış binasının tikintisinə pul ayrıldı


11-10-2018, 18:14. Yerləşdirdi: sefa Qubada 48 mənzilli yaşayış binasının tikintisinə pul ayrıldıPrezident İlham Əliyev Quba şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, sərəncama əsasən, Quba şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Quba Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
Geri qayıt