DataLife Engine > İqtisadiyyat > Prezident İcra Hakimiyyətinə pul ayırdı

Prezident İcra Hakimiyyətinə pul ayırdı


10-09-2018, 18:15. Yerləşdirdi: sefa Prezident İcra Hakimiyyətinə pul ayırdıPrezident İlham Əliyev İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az xəbər verir ki, sərəncama əsasən İsmayıllı rayonunun İvanovka kənd Mədəniyyət Sarayının əsaslı təmiri, zəruri avadanlıq və inventarla təchizatı məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılıb.


Geri qayıt