DataLife Engine > İqtisadiyyat, MANŞET > 236 milyard dollarlıq investisiya

236 milyard dollarlıq investisiya


7-09-2018, 11:55. Yerləşdirdi: Tural 236 milyard dollarlıq investisiya





2003-2017-ci ildə bütün mənbələrdən Azərbaycana 236 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.


Xalqinfo.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin birinci müavini Yaqub Eyyubov sentyabrın 7-də Bakıda işə başlayan “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.

Yaqub Eyyubov bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib. Bu dövrdə ÜDM 3,6 dəfə artıb, özəl sektorun ÜDM-də xüsusi çəkisi 83,8 faizə çatıb. Qeyri-neft sektorunda son 15 ildə orta illik artım tempi 8,1 faiz olub.

“2003-2017-ci illərdə qeyri-neft sənayesində 2,6 dəfə, kənd təsərrüfatında 1,8 dəfə, tikintidə 4,9 dəfə, ticarətdə 4,5 dəfə, turizm sektorunda 20,2 dəfə, nəqliyyat sektorunda 3,1 dəfə və rabitə sektorunda 14,5 dəfə iqtisadi artım qeydə alınıb”, - deyə Baş nazirin birinci müavini qeyd edib.
Geri qayıt