DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET > Manatın məzənnəsi ilə bağlı yeni - Proqnoz

Manatın məzənnəsi ilə bağlı yeni - Proqnoz


21-12-2017, 23:10. Yerləşdirdi: sefa Manatın məzənnəsi ilə bağlı yeni - Proqnoz“Qeyri-neft gəlirlərinin artması manatın məzənnəsini təhlükəsizləşdirəcək”.

Xalqinfo.az-ın Trend-ə istinadən məlumatına görə, bunu “AzFinance” investisiya şirkətinin direktor müavini Murad Əhmədov deyib.

O qeyd edib ki, milli valyutanın məzənnəsinin dəstəklənməsi üçün xammal amilindən asılılığı azaltmaq lazımdır:

“Bu gün dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı kifayət qədər yüksəkdir. Əgər biz neft gəlirlərinin xüsusi çəkisinin azalmasına nail olsaq, demək olar ki, dolların məzənnəsi iki manatı ötməyəcək. Əks təqdirdə neft qiymətlərinin tərəddüdü və əsas ticarət tərəfdaşlarımız – Türkiyə, Rusiya və Qazaxıstanın valyutalarının dəyişkənliyi manatın dollara nisbətdə məzənnəsinə təzyiq göstərəcək”.
Geri qayıt