DataLife Engine > İqtisadiyyat, MANŞET > Bakının yeni Baş Planı 3 mərhələdə icra olunacaq

Bakının yeni Baş Planı 3 mərhələdə icra olunacaq


3-10-2017, 12:01. Yerləşdirdi: sefa Bakının yeni Baş Planı 3 mərhələdə icra olunacaq
““Böyük Bakının Regional İnkişaf Planı” 2030-cu ilə qədər olan dövrü əhatə edir”.

Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şəhərsalma şöbəsinin müdiri Anar Bayramov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

A.Bayramov qeyd edib ki, “Böyük Bakının Regional İnkişaf Planı”nın işlənməsi 2014-cü ildə başa çatdırılıb:

“Respublikanın aidiyyatı dövlət orqanları ilə razılaşdırıldıqdan sonra geniş ictimai müzakirəyə çıxarılıb və təqdimatı keçirilib. Komitənin 2 dekabr 2014-cü il tarixli 02/03-1399 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunub”.

A.Bayramov “Böyük Bakının Regional İnkişaf Planı”nın istinad ilinin 2013-cü il olmaqla 2030-cu ilə qədər olan dövrü əhatə etdiyini söyləyib:

“2015-ci ilə qədərki dövr hazırlıq mərhələsi olaraq qəbul edilib. Bu dövrdən sonrakı müddət isə 5illik intervalla üç ardıcıl mərhələyə bölünüb”.

Bakının ilk Baş Planı 1898-ci ildə o dövrun məşhur memarı N.A. fon Der Nonne tərəfindən hazırlanıb. 1932-ci ildə paytaxtın ikinci Baş Planı işlənib. 1964-cü ildə isə respublika Nazirlər Soveti şəhərin üçüncü Baş Planını təsdiqləyib. Sonuncu plan 1986-cı ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə təsdiq olunub və bu sənəd 2005-ci ilədək olan dövrü əhatə edib.

Xatırladaq ki, 2016-cı il dekabrın 22-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında “Bakıdövlətlayihə” İnstitutu tərəfindən hazırlanmış “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş Plan” layihəsinin müzakirəsi keçirilib.
Bakı Şəhər İcra Hakimiyyətinin bununla əlaqədar yaydığı açıqlamada bildirilirdi ki, müzakirəyə çıxarılan layihədə şəhərin sosial-iqtisadi inkişafının bir çox istiqamətləri öz əksini düzgün tapmayıb. Bu səbəbdən də Baş Plan yenidən hazırlanıb.
Geri qayıt