Azərbaycan nefti 55 dolları keçdi
6-09-2017, 11:11. Yerləşdirdi: sefa
Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.
Xalqinfo.az xəbər verir ki, Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,05 dollar ucuzlaşaraq 48,61 dollar, Londonun ICE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,338 dollar azalaraq 53,20 dollar təşkil edib.
“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti isə 1,11 dollar bahalaşaraq 55,66 dollar olub.
Geri qayıt