DataLife Engine > İqtisadiyyat > Fazil Məmmədov yeni rəis təyin etdi

Fazil Məmmədov yeni rəis təyin etdi


18-08-2017, 11:57. Yerləşdirdi: sefa Fazil Məmmədov yeni rəis təyin etdi
Bir neçə ərazi vergi idarələrinin rəhbərliyində rotasiya qaydasında dəyişiklik olub.

APA-nın məlumatına görə, vergilər naziri Fazil Məmmədovun müvafiq əmri ilə 13 saylı Zaqatala Ərazi Vergilər İdarəsinin rəhbəri işləmiş Mahmudov Fuad Malik oğlu 5 saylı Şirvan Ərazi Vergilər İdarəsinə direktor təyin edilib. Bundan əvvəl bu vəzifəni tutan Fərəcov Ədalət Səlim oğlu isə 6 saylı Lənkəran Ərazi Vergilər İdarəsinə rəhbər təyin olunub.
Geri qayıt