DataLife Engine > İqtisadiyyat > Xaliq Faiqoğlu nümunəvi sürücüləri mükafatlandırdı -

Xaliq Faiqoğlu nümunəvi sürücüləri mükafatlandırdı -

6-07-2017, 11:33. Yerləşdirdi: sefa Xaliq Faiqoğlu nümunəvi sürücüləri mükafatlandırdı -
Baki şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən “Xaliq Faiqoğlu” şirkəti 2017-ci ilin ilk yarım ilində nümunəvi fəaliyyəti ilə seçilən, nizam-intizam qaydalarına riayət edən, cari ilin 6 ayı ərzində ciddi qanun pozuntusu törətməmiş avtobus sürücülərini mükafatlandırıb.

"Qafqazinfo" xəbər verir ki, bu məqsədlə şirkətin inzibati binasında Bakı Nəqliyyat Agentliyinin, Bakı şəhər DYP idarəsinin və mətbuat nümayəndələrinin iştirakı ilə tədbir təşkil edib.

İlk öncə şirkətin fəaliyyətindən bəhs edən qısa film izləndikdən sonra tədbiri giriş sözüylə açan “Xaliq Faiqoğlu”MMC-nin Baş direktoru Faiq Seyidov ictimai nəqliyyatda son 1 il ərzində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən islahatlardan, Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı şəhər BDYP idarəsinin birgə səyi nəticəsində sərnişindaşıma sahəsində əldə olunan müsbət nəticələrdən bəhs edib. Xidmətin keyfiyyətinin artırılmasına hər zaman önəm verən şirkət sürücü-sərnişin münasibətlərinin inkişaf etdirilməsi məqsədilə sürücülərlə mütəmadi maarifləndirici görüşlərin keçirildiyini və şirkət tərəfindən nümunəvi sürücülərin mükafatlandırılmasının artıq ənənə halını aldığı bildirilib.

Daha sonra F.Seyidov IV İslam Həmrəyliyi oyunları zamanı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən nəqliyyat xidmətlərinin yüksək səviyyədə təşkil olunduğunu bildirmişdir. “Fəxrlə qeyd etmək istərdim ki, Xaliq Faiqoğlu MMC-nin sürücü-dispetçer və ümumiyyətlə bütün işçi heyəti bu mötəbər yarışlarda aktiv iştirak etmiş, şirkət tərəfindən açılış-bağlanış mərasimlərinə 100-ə yaxın avtonəqliyyat vasitəsi ayrılmışdır. Şirkətin 100-dən artıq sürücüsü BNA tərəfindən təşkil olunmuş seçimlərdən yüksək nəticələr göstərməklə 1 ay boyunca ölkəmizə gələn idmançıların və qonaqların daşınmasını həyata keçirmişdir.Təqdirəlayiq haldır ki, IV İslam Həmrəyliyi Oyunları zamanı şirkətin fəaliyyəti Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən müsbət qiymətləndirilmişdir” deyə F. Seyidov bildirib.

Şirkət rəhbəri avtobus parkının mütəmadi yenilənməsi və bu istiqamətdə Türkiyə və Avropa istehsalçıları ilə danışıqların aparıldığını və 2017-ci ildə yerli və xarici maliyyə institutlarından cəlb olunmaqla ümumi dəyəri 40 milyon manat həcmində 100 ədəd yeni avtobusun alınmasnın nəzərdə tutulduğunu, artıq 25 ədəd yeni, müasir standartlara cavab verən,kondisioner, wi-fi və usb adaptrla təchiz olunmuş avtobusların gətirilərək sərnişinlərin istifadəsinə verildiyini və 75 ədəd avtobusun ilin sonunadək gətiriləcəyini bildirmişdir. Ümumiyyətlə ilin sonunadək şirkətin istismarında olan bütün xəttlərdə elektron ödəniş sistemi tətbiq olunacaq.

Sonda elektron ödəniş sistemində (Bakı Kart) fəaliyyət göstərən 18,61,65,79,85,96 və 135 saylı marşrut xəttlərində çalışan 22 nəfər sürücüyə və istismar prosesində iştirak edən şirkətin gənc əməkdaşlarına nümunəvi fəaliyyətlərinə görə diplom və hədiyyələr verilib.

Geri qayıt