DataLife Engine > İqtisadiyyat > Heydər Əliyev Beynəlxalq Aeroportu ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Aeroportu ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib


5-05-2017, 15:30. Yerləşdirdi: sefa Heydər Əliyev Beynəlxalq Aeroportu ilin əvvəlindən etibarən 1 milyondan çox sərnişinə xidmət göstərib
2017-ci ilin yanvar-aprel ayları ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 1 milyon 62 min sərnişinə xidmət edib ki, bu da ötən ilin analoji göstəricisindən 36 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, AZAL milli aviadaşıyıcısının payına sərnişinlərin ümumi sayının 594 min nəfəri düşüb ki, bunun da 158 min nəfəri daxili reyslərlə Naxçıvan, Gəncə və Qəbələyə daşınıb.

904 min sərnişin (85 faiz) beynəlxalq reyslərin payına düşür. Aeroportun beynəlxalq daşımaların ümumi payının 48,2 faizi “Azərbaycan Hava Yolları”nın, 51,8 faizi xarici aviadaşıyıcıları tərəfindən həyata keçirilib.

İstanbul, Moskva, Dubay və Kiyev əvvəlki kimi ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edir - bu şəhərlərə sərnişin dövriyyəsi sərnişinlərin ümumi sayının 62 faizini təşkil edib. Məşhur istiqamətlərin siyahısına həmçinin Tehran, Tbilisi, Doha və Sankt-Peterburq (sərnişin dövriyyəsinin 12 faizi) daxildir.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportu 28 aviaşirkətə xidmət göstərir ki, onların 5-i loukosterdir.

Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilib. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti “Skytrax” tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görülüb.

Cari ilin mart ayında Bakı hava limanı Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edərək Skytrax World Airport Awards mükafatına layiq görülüb.
Geri qayıt