DataLife Engine > İqtisadiyyat, Mədəniyyət > Bakı Şopinq Festivalının açılışında Dövlət Rəqs Ansamblının möhtəşəm premyerası

Bakı Şopinq Festivalının açılışında Dövlət Rəqs Ansamblının möhtəşəm premyerası


11-04-2017, 14:42. Yerləşdirdi: Leyla Bakı Şopinq Festivalının açılışında Dövlət Rəqs Ansamblının möhtəşəm premyerası
Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçirilib.

Milli.Az xəbər verir ki, gecədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Dövlət Rəqs Ansamblının "Yeni Azərbaycanım" adlı möhtəşəm konsert proqramı və "Koroğlu" bir pərdəli milli baletinin premyerası böyük maraq və coşqu ilə qarşılanıb.

Dövlət Rəqs Ansamblının bədii rəhbəri Rusiya Federasiyasının xalq artisti Dikalu Muzakaev, musiqi rəhbəri Nazim Abdullayev, aranjeman Vüqar Camalzadə, baletmeysterlər Xanlar Babayev, Rüfət Xəlilzadə, repetitorlar Gülnarə Xanbabayeva və Saina Əhmədovadır.

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Leyla Həsənova
Geri qayıt