DataLife Engine > İqtisadiyyat > Fevralda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,4 faiz bahalaşıb

Fevralda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,4 faiz bahalaşıb


22-03-2017, 11:57. Yerləşdirdi: sefa Fevralda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 1,4 faiz bahalaşıb
AZƏRTAC
2017-ci ilin fevral ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yanvar ayına nisbətən 1,4 faiz, o cümlədən bitkiçilik məhsullarının istehsalçı qiymətləri 0,1 faiz, heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 2,5 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ay ərzində balıq və balıqçılıq məhsullarının, həmçinin meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri üzrə dəyişiklik müşahidə olunmayıb.
Geri qayıt