DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET > Bankirlərlə görüşün nəticəsi bilindi - 4%-lik marja ləğv olunur

Bankirlərlə görüşün nəticəsi bilindi - 4%-lik marja ləğv olunur


11-01-2017, 17:55. Yerləşdirdi: sefa Bankirlərlə görüşün nəticəsi bilindi - 4%-lik marja ləğv olunur

Bu gün Azərbaycan Mərkəzi Bankında bank rəhbərləri ilə görüş keçirilib.

Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq".

Bankirlər isə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da bildirilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Qeyd edək ki, tam üzən məzənnə rejiminə keçidin vaxtı hələlik məlum deyil.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Geri qayıt