DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET > “Bizə ən böyük zərbəni bank sektoru vurdu” - Prezident

“Bizə ən böyük zərbəni bank sektoru vurdu” - Prezident


10-01-2017, 23:48. Yerləşdirdi: sefa “Bizə ən böyük zərbəni bank sektoru vurdu” - Prezident

"Bank sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq".

"Xalqinfo" xəbər verir ki, bu sözləri ölkə başçısı İlham Əliyev bu gün nazirlərlə ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib. O bildirib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb:

"Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq".


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az



Digər maraqlı xəbərlər Xalqinfo.az-ın Facebook səhifəsində
Geri qayıt