DataLife Engine > İqtisadiyyat > Şəmkirdə 7 ayda 702,6 milyon kilovat-saat elektrik enerjisi

Şəmkirdə 7 ayda 702,6 milyon kilovat-saat elektrik enerjisi


1-09-2015, 15:21. Yerləşdirdi: Kainat Şəmkirdə 7 ayda 702,6 milyon kilovat-saat elektrik enerjisi "Şəmkir SES Silsiləsi" MMC-nin kollektivi istehsal tapşırıqlarını müntəzəm olaraq yerinə yetirir. Hidroenergetiklər cari ilin yeddi ayı ərzində 702,6 milyon kilovat-saat elektrik enerjisi istehsal ediblər. "Şəmkir SES"də 486,1 milyon kilovat-saat, "Yenikənd SES"də isə 216,5 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.

Xalqinfo.az bildirir ki , "Azərenerji" ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şəmkirli energetiklər 28,1 milyon, yenikəndlilər isə 10,4 milyon kilovat-saat elektrik enerjisi istehsal edərək aylıq proqnozu tam yerinə yetiriblər. "Şəmkir SES"in iki hidroaqreqatı və "Yenikənd SES"in dörd hidroaqreqatı, digər köməkçi avadanlıqları saz vəziyyətdə işləyir. Stansiyalarda 2015-ci ilin yaz-yay sel sularının qəbulu və ötürülməsi işləri başa çatdırılıb.

Kainat Şirin

Mənbə
AZƏRTAC
Geri qayıt