DataLife Engine > İqtisadiyyat > Rusiyadan qorxurlar

Rusiyadan qorxurlar


6-05-2014, 19:53. Yerləşdirdi: Tural Rusiyadan qorxurlar
Ukrayna hadisələri Rusiyada turizmə güclü zərbə vurur.

ANS PRESS-in məlumatına görə, Rusiyanın turizm şirkətləri xaricdən Rusiyaya gəlmək istəyənlərin kəskin azaldığını bildirirlər. Xaricilər verdikləri sifarişlərin 25 faizini ləğv ediblər. Bu, son illər Rusiyada ən yüksək göstəricidir.

Wall Street Journal yazır ki, sifarişini ləğv edənlər təkcə amerikalılar və avropalılar deyil, asiyalılar da sifarişlərini ləğv edir.

Keçən il Rusiyaya 2,7 milyon turist gəlib. Bu, əvvəlki ildəkindən 3,7 faiz çoxdur. Rusiyaya xarici turist ən çox Almaniya, Çin və ABŞ-dan gəlir.

Sifarişlərinin ləğv edənlərin az hissəsi bunu ideoloji səbəblərdən edib. Əksəriyyət öz təhlükəsizliyinə görə qorxur, onlar qorxurlar ki, Rusiyaya gələn zaman bu vaxt müharibə başlayar.

Albaniyadan olan turist qrupu Rusiyaya bir şərtlə gəlməyə razı olub ki, müharibə başlasa, onlara tam sığorta veriləcəyi haqda təminat verilsin.

Geri qayıt