DataLife Engine > İqtisadiyyat > “AzəriLayt”ın qiyməti

“AzəriLayt”ın qiyməti


26-05-2015, 15:37. Yerləşdirdi: Kainat “AzəriLayt”ın qiyməti London birjasında neftimizin qiyməti 67,36 dollar təşkil edir.



“AzəriLayt” markalı neftin bir barrelinin qiyməti London birjasında sabit qalaraq 67,36 dollar təşkil edib.

ANS PRESS-in məlumatına görə, bu barədə Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi bildirib.

Ümumiyyətlə, dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

Belə ki, Nyu-Yorkun NYMEX ( New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 0,1 dollar ucuzlaşaraq 59,72 dollar, Londonun İCE (“İnterContinental Exchange Futures”) birjasında isə “Brent” markalı neftin bir barrelinin qiyməti 0,23 dollar bahalaşaraq 65,52 dollar olub.


Geri qayıt