DataLife Engine > İqtisadiyyat, Dünya > Türkmənistan və Şimali İraq

Türkmənistan və Şimali İraq


15-05-2015, 02:35. Yerləşdirdi: Kainat Türkmənistan və Şimali İraq  Türkmənistan və Şimali İraq Azərbaycan qazını Avropaya tədarük etmək üçün istifadə ediləcək və "Cənubi Qaz Dəhlizi"nin tərkib hissəsi olan Transanadolu boru kəməri (TANAP) vasitəsilə qaz tədarükçüləri ola bilərlər. Bunu Trend-ə Türkiyə Baş nazirinin müavini Əli Babacan deyib.

Onun sözlərinə görə, TANAP qaz kəmərinin gücü onu deməyə imkan verir ki, Türkmənistanla razılıq əldə olunarsa, bu ölkə qazını boru kəməri ilə tədarük edə bilər: "Qazın Şimali İraq və digər mənbələrdən TANAP vasitəsilə nəql ediləcəyi istisna edilmir. Bir sözlə, bu layihə növbəti illərdə də öz əhəmiyyətini saxlayacaq".

Ə.Babacan qeyd edib ki, Avropanın bəzi ölkələri bu boru kəməri ilə tədarük ediləcək qazın əldə edilməsində maraqlıdırlar və onlarla danışıqlar aparılacaq: "Türkiyə əmindir ki, TANAP üzrə qaz almaq istəyən ölkələrin sayı artacaq. Bu boru kəməri təkcə Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, həm də Avropa üçün çox vacibdir".

TANAP Avropanın enerji təhlükəsizliyinin təminatında ən prioritet layihələrdən biridir.
Mənbə
trend

Geri qayıt