DataLife Engine > İqtisadiyyat > Bir neçə marşrut avtobuslarının

Bir neçə marşrut avtobuslarının


6-05-2015, 18:44. Yerləşdirdi: Kainat Bir neçə marşrut avtobuslarınınBakıda sərnişindaşıma sahəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində bir neçə marşrut avtobuslarının xəttində dəyişikliklər olub.

Xalqinfo.az bildirir ki,Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov AZƏRTAC-a verdiyi məlumata görə, 20, 188, 53 nömrəli marşrut avtobuslarının xətləri ləğv olunub. Təkmilləşdirmə işləri ilə əlaqədar olaraq, 14 saylı marşrut xətti 24 saylı marşrut xətti ilə, 90 saylı marşrut xətti 83 saylı marşrut xətti ilə, 86 nömrəli marşrut xətti isə 29 saylı marşrut xətti ilə əvəzlənib. Bundan başqa, 124 saylı marşrutun hərəkət sxemi isə “20-ci sahə” adlanan əraziyə qədər uzadılıb. 2 və 193 saylı marşrut xətti şəhərin mərkəzindən çıxarılıb. 70 saylı marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib. 95 saylı marşrut xətti “Xətai” metro stansiyasına qədər qısaldılıb. 120 saylı marşrut xəttinə yeni avtobuslar buraxılıb.

Namiq Həsənov onu da əlavə edib ki, Bakıda sərnişin avtobuslarının üstünə vurulan reklam və məlumatlandırıcı şəkillər də söküləcək. Sökülən reklamların yerinə Avropa Oyunları ilə əlaqəli reklamlar və loqo vurulacaq.
Mənbə
AZƏRTAC
Geri qayıt