DataLife Engine > İqtisadiyyat > "...

"...


6-05-2015, 13:15. Yerləşdirdi: Kainat Cari ilin birinci rübündə Bank VTB (Azərbaycan)ın aktivləri 367 milyon manat təşkil edib. Bu, 2014-cü ilin müvafiq göstəricisindən 79 faiz çoxdur. Eyni zamanda, bankın kredit portfeli 77 faiz artaraq 345 milyon manatı ötüb.

Xalqinfo.az-ın məlumatına görə,bank VTB (Azərbaycan)dan AZƏRTAC-a bildiriblər ki, kredit portfelinin strukturundan 154 milyon manat və ya 45 faiz istehlak kreditlərinin payına düşüb. Bu, ötən ilin göstəricisi ilə müqayisədə 66 milyon manat və ya 74 faiz artıqdır. Birinci rübdə istehlak kreditlərinin 67 milyon manatı avtokreditin, 65 milyon manatı nağd kreditlərin payına düşüb. Ümumi kredit portfelində sahibkarlığa ayrılan kreditlərin payı 190,5 milyon manat (55 faiz) təşkil edib. Kiçik sahibkarlığın maliyyələşməsinə bank 119 milyon manat ayırıb ki, bu da 2014-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 57 milyon manat (93 faiz) çoxdur. Orta və iri sahibkarlığın inkişafına bank 72 milyon manat yönəldib. Belə ki, Bank VTB (Azərbaycan) orta və iri sahibkarlığin kreditləşməsini 60 faiz artırıb.

Hesabat dövründə depozit portfelinin artması da müşahidə olunub. Əmanətlərin həcmi 22 milyon manatı keçib ki, bu da ötən ilin müvafiq dövrünə olan göstəricidən 46 faiz çoxdur.

“Bankın depozit portfelinin artımı müsbət haldır. Bu müddət ərzində biz depozit məhsullarımızın sırasını genişləndirərək müştərilərimizə daha sərfəli şərtlər təqdim etmişik. Gələcəkdə də əhaliyə keyfiyyətli bank xidmətləri göstərmək niyyətindəyik”, - deyə Bank VTB (Azərbaycan)ın idarə heyətinin sədri Yuri Yakovlev bildirib.

Mənbə
AZƏRTAC
Geri qayıt