DataLife Engine > İqtisadiyyat, BLOK XƏBƏR > Azərbaycan valyuta məzənnə siyasətini dəyişdi -

Azərbaycan valyuta məzənnə siyasətini dəyişdi -


16-02-2015, 14:34. Yerləşdirdi: Tural Azərbaycan valyuta məzənnə siyasətini dəyişdi -
Mərkəzi Bank ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti bu gündən etibarən məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid barədə qərar qəbul edib.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, məzənnə siyasətinin ABŞ dolları və avronun daxil olduğu iki valyutalı səbət mexanizmi əsasında həyata keçirilməsi məqsədəuyğun hesab edilib.

“Bu zaman müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında Mərkəzi Bankın iştirakı davam edəcək. Tətbiq edilən yeni əməliyyat çərçivəsi iqtisadi subyektlərin tədricən adaptasiyasına şərait yaratmaqla, eyni zamanda məzənnə siyasətinin çevikliyini və makroiqtisadi effektivliyini təmin edəcək”, - deyə məlumatda vurğulanır.
Geri qayıt