» » Avro rublun günündə

Avro rublun günündə

Bölmə: İqtisadiyyat, Dünya
Avro rublun günündəABŞ dolları avroya nisbətən bahalaşmaqda davam edir. 1 avro 1.2 dollar həddinə düşüb.

Xalqinfo.az bildirir ki, bu göstərici son 4,5 ildə ən aşağı məzənnədir.

Son günlər avronun kəskin enişinin əsas səbəbi Yunanıstanda siyasi böhranın dərinləşməsidir. Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Yunanıstana on milyardlarla avro həcmində yardımları yalnız dövlət xərclərinin kəskin azaldılması əvəzində verir. Orada isə növbədənkənar seçkilər ərəfəsində, rəy sorğularına görə, xarici yardımlar müqabilində kütləvi işçi ixtisarları aparmaq siyasətinə qarşı çıxan qüvvələr qələbəyə daha şanslı görünürlər.

Digər tərəfdən isə Avropa Mərkəzi Bankının prezidenti Mario Dragi son müsahibəsində deyib ki, avrozonada deflyasiyadan narahatdır və iqtisadiyyatı stimullaşdırmaq üçün əlavə tədbirlər paketi hazırlamaq haqda 6 ay əvvəlkinə nisbətən daha ciddi düşünür.

Bu müsahibədən sonra sərmayədarların avroya olan ümüdləri sönüb.

Lakin avronun məzənnəsinə daha bir amil təsir edir. Məlumdur ki, ABŞ Mərkəzi Bankı faiz dərəcələrini qlobal maliyyə böhranı başlanan kimi aşağı salmışdı. Hazırda bunun sadəcə ehtimalı belə avro məzənnəsinə təsirsiz ötüşmür.

Lakin Amerika iqtisadiyyatı böhrandan çıxma istiqamətində hərəkət etdikcə, işsizlik faizi düşdükcə, ABŞ rəsmiləri faizlərin düşməsinin stimullaşdırıcı yox əks təsiri barədə daha çox danışır.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler