» » Azərbaycan əhalisinin təxminən yarısının banklarda əmanəti var

Azərbaycan əhalisinin təxminən yarısının banklarda əmanəti var

Bölmə: İqtisadiyyat
Azərbaycan əhalisinin təxminən yarısının banklarda əmanəti varCari ilin yanvar-noyabrında əmanətlər üzrə əhalinin faiz gəlirləri 450 milyon manat olub
Xalqinfo.az trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) çərşənbə axşamı rəsmi mətbuatda dərc olunmuş 2015-ci il üzrə pul siyasəti və maliyyə sabitliyinin əsas istiqamətləri üzrə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Əhali bank sektoru ilə münasibətdə xalis kreditordur. Əhalinin əmanətlərinin həcmi kreditlərini 2,3 mlrd. manat üstələyir".

Cari ilin ötən dövründə əmanətlər üzrə əhalinin faiz gəlirləri 450 mln. manat olub.

Hazırda ölkədə hər 1000 nəfərə 473 əmanətçi düşür. Adambaşına əmanətin məbləği 745 manata, fiziki şəxslərin bank hesablarının sayı isə 6,4 milyona çatıb.

2014-cü ilin 11 ayı ərzində korporativ depozitlər 35.3 faiz artaraq 8,2 mlrd. manata, əhalinin əmanətləri isə 10,8 faiz artaraq 7,1 mlrd. manata çatıb.

Bəyanatda deyilir ki, əhalinin manat əmanətləri 11 ayda 15 faiz artıb. Regionlarda əmanətlərdə 12,4 faizlik artım müşahidə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler