Qara qızıl bahalaşdı

Bölmə: İqtisadiyyat, Dünya
Qara qızıl
Dünya birjalarında neftin qiyməti yenidən bahalaşıb.

XALQİNFO.AZ ANS PRESS-ə istinadən bildirir ki , Nyu-Yorkun NYMEX birjasında "Layt" markalı neftin bir barelinin qiyməti 2.80 dollar bahalaşaraq 56.91 dollar, Londonun ICE birjasında isə "Brent" markalı neftin bir barelinin qiyməti 2.88 dollar artaraq 62.15 dollar olub.

Hərracların nəticələrinə əsasən, dünən Brent markalı neftin fyuçerslərinin dəyəri 3,13% yüksəlib. WTI markalı yüngül neftin yanvar fyuçerslərinin qiyməti 4,22% artaraq bir barel üçün 56,76 dollara çatıb.

Ekspertlər qiymətinin artımını sərmayədarların bu ili üstünlükdə yekunlaşdırmaq qərarı ilə izah ediblər.

Üç gün əvvəl isə Brent markalı neftin fyuçersləri 3,77%-dək ucuzlaşaraq, bir barel üçün 58,84 dollar təşkil edib.

Xatırladaq ki, Azərbaycan nefti adətən "Brent" markalı neftdən 1-2 dollar daha baha satılır. Gələn ilin büdcəsində neftin qiyməti 90 dollar nəzərdə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler