» » Azərbaycanda dövlət əmlakı olunan infrastruktur obyektlərinin sayı

Azərbaycanda dövlət əmlakı olunan infrastruktur obyektlərinin sayı - artırılır

Bölmə: İqtisadiyyat
Azərbaycanda dövlət əmlakı olunan infrastruktur obyektlərinin sayı


Azərbaycanda dövlət əmlakı hesab olunan yolların, körpülərin və digər infrastrukturların sayı artırılır. Xalqinfo.az “Report”-a əsasən xəbər verir ki, bu barədə məsələ “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişiklik layihəsi Milli Məclisin iclasında səsə qoyularaq qəbul edilib.

Qanunun 6-cı maddəsinə təklif edilən dəyişikliyə əsasən, ümumi istifadə olunan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxil edilir.

Xatırladaq ki, mövcud qanunda yalnız dövlət əhəmiyyətli avtomobil və dəmir yolları, körpülər və tunellər dövlət əmlakı təsnifatına daxildir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler