» » Bəzi aviareyslərin Bakıya gəlişi yubanır

Bəzi aviareyslərin Bakıya gəlişi yubanır

Bölmə: İqtisadiyyat
Bəzi aviareyslərin Bakıya gəlişi yubanırDekabrın 12-də Bakıda müşahidə olunan duman Heydər Əliyev Beynəlxalq Aeroportundan aviareyslərin yola salınmasına təsir etməyib. Bu barədə cümə günü trend-ə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildiriblər.

Məlumatda deyilir: "Lakin Tehran-Bakı, Aktau-Bakı, Naxçıvan-Bakı aviareyslərinin paytaxta gəlişi yubanır. Yəqin ki, bu hava şəraiti ilə əlaqədardır".

Cümə günü Azərbaycan ərazisində mülayim hava şəraiti gözlənilir, arabir cənub küləyi güclənəcək.

Azərbaycanın rayonlarında dekabrın 12-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı proqnozlaşdırılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler