» » Metro stansiyalarında təmirə nə qədər pul xərclənəcək?

Metro stansiyalarında təmirə nə qədər pul xərclənəcək?

Bölmə: İqtisadiyyat
Metro stansiyalarında təmirə nə qədər pul xərclənəcək?
İki həftəyə yaxındır metronun “Gənclik”, “Nərimanov”, “İnşaatçılar” stansiyalarında təmir-bərpa işləri aparılır. Bir çoxlarının fikrincə, metro stansiyalarında aparılan təmir əlavə maliyyə xərcləmək üçün nəzərdə tutulub. Bu iddianı haqlı hesab etmək olar. Məsələn, “İnşaatçılar” stansiyasında indiki vəziyyətdə təmirə demək olar ehtiyac yox idi. Maraqlıdır, görəsən, bu cür təmir işləri üçün nə qədər pul xərclənəcək?

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev modern.az-a deyib ki, nə vaxt “Koroğlu”, “İçərişəhər” stansiyalarında təmir işləri aparılsa, iradlar onda haqlı olar: “Yaxşı vəziyyətdə olan metro stansiyalarını təmir etmirik. İndi təmir aparılan stansiyalarda divar üzlükləri, döşəmə daşları yararsız vəziyyətə düşmüşdü. Buna səbəb həmin stansiyaların girişində vaxtilə ticarət köşklərinin olmasıydı. O zaman ticarət köşkləri quraşdırılanda üzlüklər deşik-deşik edilib. Yalnız belə stansiyalarda təmir aparırıq. Kommunikasiya sistemləri dəyişdirilir. İstər elektrik, istər rabitə naqilləri, istərsə də su və kanalizasiya boruları yenisi ilə əvəz edilir”.

Ayrılan maliyyə vəsaitinə gəlincə, metropoliten rəsmisi qeyd edib ki, bu məsələlərlə Tikinti Departamenti məşğul olur.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler