» » Azərbaycandakı vergi ödəyicilərinin sayı açıqlandı

Azərbaycandakı vergi ödəyicilərinin sayı açıqlandı

Bölmə: İqtisadiyyat
Azərbaycandakı vergi ödəyicilərinin sayı açıqlandıYanvar-noyabr aylarında Vergilər Nazirliyinin xətti ilə büdcəyə 6 milyard 645 milyon 692 min manat vəsait daxil olub. Nazirlikdən lent.az-a verilən məlumata görə, bu məbləğin 33,4 faizi mənfəət vergisinin, 27,5 faizi əlavə dəyər vergisinin, 13,2 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,6 faizi aksizlərin, 15,3 faizi isə digər vergilərin payına düşür.
Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 3 milyard 899 milyon 924,7 min manat vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz çoxdur.
Respublika üzrə 75 min 988, yəni ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz çox vergi ödəyicisi qeydiyyata alınıb. Hazırda qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 71288 vergi ödəyicisi çox, yəni 604381 nəfərdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler