» » Baş nazirdən mübahisə tərəflərinin müraciəti ilə bağlı qərar

Baş nazirdən mübahisə tərəflərinin müraciəti ilə bağlı qərar

Bölmə: İqtisadiyyat
Baş nazirdən mübahisə tərəflərinin müraciəti ilə bağlı qərar
Nazirlər Kabinetinin “Mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2019-cu il 16 avqust tarixli 360 nömrəli qərarında dəyişiklik edilib.

"Xalqinfo"nun məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarda bildirilir ki, sənədin ikinci abzası 1-ci hissə hesab edilsin. Eyni zamanda aşağıdakı 2-ci hissəyə əlavə edilib ki, bu qərar 2020-ci il iyulun 1-dən qüvvəyə minir.

1.1-ci bənddə “mediasiya xərclərinin” sözləri “xərclərin” sözü ilə əvəz edilib.

Bununla yanaşı, 1.3-cü bənd əlavə edilib. Bənddə göstərilir ki, bu qayda tərəflərdən hər hansı biri ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etmədiyi halda tətbiq edilmir.

2.1-ci bəndə isə “dövlət büdcəsində” sözlərindən əvvəl ““Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5- 2 ci maddəsinin birinci cümləsinə əsasən mediasiya xərclərinin tərəflər arasında bərabər bölüşdürüldüyü nəzərə alınmaqla” sözləri əlavə edilib.

2.2-ci bənd isə ləğv edilib.

2.3-cü bənddən “və ya mediasiya xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamış” sözləri çıxarılıb. Həmin bənddə “təqdim etdiyi müvafiq təsdiqedici” sözləri “bu qaydanın 2.4- cü bəndinə uyğun olaraq təqdim etdiyi” sözləri ilə əvəzlənib.

2.8-ci bəndin birinci cümləsinə “5” rəqəmindən əvvəl “müraciətin daxil olduğu gündən” sözləri əlavə edilib.

Əvvəlki qərarda bildirilirdi ki, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə mediatora və ya mediasiya təşkilatına 5 iş günü müddətində yazılı bildiriş göndərilir.

Qeyd olunurdu ki, çatışmazlıqlar mediator və ya mediasiya təşkilatı tərəfindən bildirişin alındığı tarixdən 5 iş günü müddətində aradan qaldırılmalıdır.

2.10-cu bənddən də “5 (beş) iş günü müddətində” rəqəm və sözləri çıxarılıb.

Bundan əvvəlki qərarda isə bildirilirdi ki, mediasiya xərclərinin ödənilməsindən aşağıdakı hallarda imtina edilir: tələb olunan sənədlər tam olmadıqda, təqdim edilmiş sənədlərdə təhrif olunmuş məlumatlar olduqda.

Bildirilirdi ki, bu barədə mediatora və ya mediasiya təşkilatına imtinanın səbəbləri göstərilməklə, 5 (beş) iş günü müddətində yazılı məlumat verilir.

Baş nazir Əli Əsədovun qərarına görə isə 2.10.1-ci yarımbənd aşağıdakı redaksiyada verilib: “Təqdim olunan sənədlərdə aşkar edilmiş çatışmazlıqlar bu qaydanın 2.8-ci bəndinə uyğun olaraq aradan qaldırılmadıqda”.

Qeyd edək ki, bu qayda “Mediasiya haqqında” qanunun 36.7-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Eyni zamanda qanunun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə ödənilən haqqın və digər mediasiya xərclərinin dövlət büdcəsi vəsaiti hesabına ödənilməsi qaydasını müəyyən edir.

Mediasiya mediatorların vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu qanunla müəyyən olunan prosesdir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler