» » Azərbaycanda dövlət qurumu 2 iş adamını barışdırdı

Azərbaycanda dövlət qurumu 2 iş adamını barışdırdı

Bölmə: İqtisadiyyat
Azərbaycanda dövlət qurumu 2 iş adamını barışdırdı
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) başlıca fəaliyyət istiqamətlərindən biri də sahibkarların maraqlarının müdafiəsidir.

"Xalqinfo" Agentliyə istinadən xəbər verir ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərindən bu istiqamətdə Agentliyə daxil olan müraciətlər operativ qaydada araşdırılır və qanunvericilik çərçivəsində həll olunmasına müvafiq dəstək göstərilir.

Belə sahibkarlardan biri də Fərman Məmmədovdur. Digər sahibkarlıq subyekti ilə aralarında yaranmış və uzun müddət həllini tapmayan maliyyə vəsaitinin ödənişinə dair problemlə əlaqədar KOBİA-ya müraciət etmiş Fərman Məmmədovun müraciəti tərəflər arasında təşkil olunmuş görüşlər çərçivəsində açıq diskusiya müstəvisində müzakirə edilib.

Araşdırmalar nəticəsində hər iki sahibkarlıq subyekti arasında uzun müddət davam edən mübahisəli məqamlara aydınlıq gətirilib və tərəflər arasında razılaşma əldə olunub.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler