» » Gürcüstan Azərbaycandan çay və qənd idxalını artırıb

Gürcüstan Azərbaycandan çay və qənd idxalını artırıb

Bölmə: İqtisadiyyat
Gürcüstan Azərbaycandan çay və qənd idxalını artırıb
Bu ilin doqquz ayı ərzində Gürcüstan Azərbaycandan 3 232,7 min dollar dəyərində 523,8 ton çay idxal edib.

"Xalqinfo" xəbər verir ki, bu barərə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə qonşu ölkənin Azərbaycandan aldığı çay həcm baxımdan 17,8%, dəyər baxımından isə 21,2% çoxdur.

Hesabat dövründə Gürcüstan Azərbaycandan 8 355,9 min dollar dəyərində 20 046,8 ton qənd və saxaroza idxal edib. Bu qida məhsulunun həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 175 dəfədən çox artıb.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler