» » Dövlət Neft Fondunun aktivləri 10,4% artıb

Dövlət Neft Fondunun aktivləri 10,4% artıb

Bölmə: İqtisadiyyat
Dövlət Neft Fondunun aktivləri 10,4% artıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bildirir ki, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in büdcə gəlirləri 14 715,2 mln. manat, büdcə xərcləri isə 7 680,4 mln. manat təşkil edib.

Neft Fondundan "Xalqinfo"ya verilən məlumata görə, 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 12 074,9 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 290,4 mln. manat, bonus ödənişləri 766,4 mln. manat, akrhesabı ödənişləri 4,7 mln. manat, tranzit gəlirləri 13,4 mln. manat təşkil edib.

Hesabat dövrü ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 2 640,3 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 7 536,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 126,4 mln. manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 18 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 219,8 mln. manat təşkil edib.

2019-cu ilin 30 sentyabr tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 mln. ABŞ dolları) nisbətən 10,4% artaraq 42 524,4 mln. dollara bərabər olub.

Aktivlərin artımı ARDNF-in büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına olmuşdur. Müvafiq dövr ərzində ən yüksək gəlirlilik səhm alt portfelində müşahidə olunmaqla investisiya portfelinin hər bir tərkib aktiv növü üzrə müsbət gəlirlilik qeydə alınmışdır. Belə ki, səhm alt portfeli üzrə ötən ilki mənfi gəlirliliyə baxmayaraq (-6,6%) 2019-cu ilin 9 ayı ərzində müvafiq göstərici 15,2% təşkil edib.

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler