» » Bu islahatlar iqtisadi modelin yenilənməsinə xidmət edəcək

Bu islahatlar iqtisadi modelin yenilənməsinə xidmət edəcək - ELMAN RÜSTƏMOV

Bölmə: İqtisadiyyat
Bu islahatlar iqtisadi modelin yenilənməsinə xidmət edəcək
"Prezident İlham Əliyev andiçmə mərasiminda növbəti 7 il üçün proqram xarakterli çıxış etdi. Bunun da əsasında ölkədə davamlı, dayanıqlı iqtisadiyyatın yaradılması, daha güclü iqtisadi siyasət həyata keçirilməsi dayanırdı".

"Xalqinfo"
xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə heyətinin sədri Elman Rüstəmov Prezidentin son günlər start verdiyi islahatlara münasibət bildirərkən deyib.

E.Rüstəmov qeyd edib ki, ölkə başçısının bütün siyasətinin əsasında Azərbaycan vətəndaşının rifah halının yaxşılaşdırılması dayanır:

"İslahatların maştabı göstərir ki, burada söhbət artıq yeni kursdan gedir. Bu islahatlar indiyədək mövcud olan iqtisadi modelin tamamilə yenilənməsinə xidmət edəcək. İslahatların əsas istiqamətlərinə baxsaq, yaxın keçmişdə toxunulmaz hesab edilən vergi, gömrük,fiskal sferada olan radikal islahatlar və şəffaflaşmanın şahidi olduq. Məhkəmə islahatlarına start verildi. Bütövlükdə struktur və kadr islahatları geniş vüsət alıb. Əməkhaqlarının artırılması əmək bazarının formalaşmasında mühüm rol oynayır. İslahatlar dalğası gəlir və onun əhatəsi daha da genişlənəcək. Bu islahatların mərkəzində isə dövlət maliyyəsindən, dövlət sektorundan özəl sektora, bazara qüvvələrivə xarici investisiyalara arxalanmaq dayanır".

E.Rüstəmovun sözlərinə görə, dünya xarici investisiyalar bazarı 1,2 trilyon dollardır. Bu gün dünyada 15 trilyon vəsait 0 və mənfi faiz altındadır. Bu o deməkdir ki, nə daxili, nə də xarici iqtisadiyyatda özlərinin gəlir gətirən mənbə tapa bilmirlər. Prezidentin dediyi ondan ibarətdir ki, biz investisiyalar üzərində mübarizə aparmalıyıq".

Bank-maliyyə sektoruna gəldikdə, E.Rüstəmov deyib ki, əsas məqsəd maliyyə sektorunun bütün seqmentlərinin inkişaf etdirməkdir:

"Biz bank sektorunda çox ciddi işlər görməliyik. Olduqca yaxşı xəbəri sizinlə bölüşüm. Beynəlxalq Konsaltinq şirkətlərindən biri Beynəlxalq Bankın yeni biznes modelini yaradıb. Təbii ki, bunun reallaşdırılmasına başlanacaq".

Onun sözlərinə görə, qütbləşmənin artması üçün böyük təşviq tədbirləri var:

"Zəmanət Fondu, Aqrar Kreditlərin Maliyyələşdirilməsi Fondu, Sahibkarlığa Yardım Fondu və s. bu tipdə fondlar var ki, onların təşviqinə ehtiyac yaranıb. Onların hər birini analiz edib nə dərəcədə sistemli, cənab Prezidentin qoyduğu məqsədlərə nə dərəcədə xidmət edir, nə dərəcədə yeni iş yerləri yaradılır, istehsal gücləri aktiv kapital yaradır və s. Bunlar çox ciddi analiz olunacaq ki, biz yeni strateji baxış yaradaq".

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler