» » Elman Rüstəmov bahalaşmadan danışdı

Elman Rüstəmov bahalaşmadan danışdı

Bölmə: İqtisadiyyat
Elman Rüstəmov bahalaşmadan danışdı
“Qiymətlərin illik səviyyəsinin artım tempində əhəmiyyətli dəyişiklər olmayıb. Sentyabrda illik inflyasiya 2,5 faiz olub. İstehlakın güclənməsi şəraitində illik 5,1 faiz səviyyəsində ərzaq qiymətləri illik inflyasiyaya əhəmiyyətli təsir payını qoruyur".

"Xalqinfo" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

O bildirib ki, xarici tələbin yüksəlməsi fonunda bəzi kənd təsərrüfatı məhsullarının daxili bazarda təklifinin dəyişməsi və dünya bazarındakı bahalaşma da ərzaq qiymətlərinin dinamikasına ardıcıl təsir göstərib:

"Ərzaq qiyməti son bir il ərzində 3,3 faiz, ət məhsulları üzrə 10,8 faiz, şəkər üzrə 4,1 faiz yüksəlib. Xidmətlər üzrə bahalaşma templəri isə müvafiq olaraq 1,2 faiz və 0,4 faiz təşkil edib ki, bu da hədəf diapazonun mərkəzindən aşağıdır".

E.Rüstəmov bildirib ki, cari ilin 9 ayında manatın qeyri-neft sektoru üzrə effektiv məzənnəsi 1,4 faiz möhkəmlənib, real effektiv məzənnə 1 3 faiz azalıb:

"Azərbaycanda inflyasiyanın partnyor ölkələrdəki inflyasiyadan əhəmiyyətli aşağı olması real effektiv məzənnəyə azaldıcı təsir göstərir. 2020-ci ildə inflyasiyada əhəmiyyətli dəyişiklər olmayacaq, yəni cari il səviyyəsində gözlənilir".

Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler