» » Azərbaycan 146 ölkə ilə ticarət əməliyyatları aparıb- 10 ayda

Azərbaycan 146 ölkə ilə ticarət əməliyyatları aparıb- 10 ayda

Bölmə: İqtisadiyyat
Azərbaycan 146 ölkə ilə ticarət əməliyyatları aparıb- 10 ayda
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın rezidentləri dünyanın 146 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib. Habelə 107 ölkə ilə ixrac, 133 ölkə ilə idxal əməliyyatları aparılıb. Xarici ticarət əlaqələri iştirakçılarının 44-ü Avropa, 32-si Amerika, 43-ü Asiya ölkələridir.


"Xalqinfo" qafqazinfo.az-a istinadən xəbər verirki on ayda xarici ticarət dövriyyəsinin həcmi 34 milyard 234,1 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 26 milyard 872,2 milyon dollar, idxalın həcmi 7 milyard 361,9 milyon dollar təşkil edib. Nəticədə 19 milyard 510,3 milyon dollarlıq müsbət saldo yaranıb.

İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar üstünlük təşkil edib. Qeyri-neft məhsullarının ixracı 2013-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 0,7 faiz artaraq 1,4 milyard dollar olub.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler