“Heç bir dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”Bölmə: İqtisadiyyat
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli prezidentin imzaladığı ikinci sosial paketin əhəməyiyyətindən danışıb. “Xalqinfo” xəbər verir ki, o, komitə iclasında bildirib ki, sonuncu islahat paketindən 2 milyon 200 min insan faydalanacaq: “Cənab prezident bu ili sosial müdafiə sistemində islahat ili elan edib. Bu ilin əvvəlində həyata keçirilən sosial paketdən 3 milyon insan faydalanıb. İndi isə bu rəqəm 2 milyondur. Deməli, ümumilikdə ilin əvvəlindən bu günə kimi 5 milyon insan bu sərəncamlardan yararlanıb. Bu il həm də ona görə sevindiricidir ki, Dövlət Sosial Müdafiə Fondunun 5 ay müddətində yığımları 350 milyon manat artıb. Təbii ki, bu yığımlar da əhalinin sosial rifahına xərclənir”. REKLAM www.reqemsalsemaaltinda.com Daha ətraflı Komitə sədri qeyd edib ki, bu ilin əvvəlindən verilən sərəncamlar dünya dövlətləri ilə müqayisə olunub: “Nəticə ondan ibarətdir ki, heç bir irili-xırdalı dövlətdə ildə 2 dəfə bu qədər artım baş verməyib”. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|