» » Azərbaycanda bank satışa çıxarıldı

Azərbaycanda bank satışa çıxarıldı

Bölmə: İqtisadiyyat
Azərbaycanda bank satışa çıxarıldıAzərbaycanda kapitalla bağlı ciddi problemi olan banklardan biri kapital problemini səhmdarını dəyişməklə həll edəcək.Xalqinfo.az-ın fins.az-a istinadən məlumatına görə, “Eurobank”ın səhmlərinin yarıdan çoxu kənar səhmdara satılacaq.
Bankın baş mühasibi Həsən Bayramov sözlərinə görə, bankın satılmasına səbəb Mərkəzi Bankın məcmu kapitalla bağlı tələbinin (50 milyon manat) yerinə yetirilməsidir. Belə ki, hazırda bank sektorunda fəaliyyəti bir o qədər də hiss olunmayan “Eurobank”ın nizamnamə kapitalı 11 milyon manat, məcmu kapitalı isə 7,5 milyon manatdır. Banka bazarda qalmaq üçün 42,5 milyon manat pul lazımdır. Bankın indiki səhmdarları bu vəsaitin hamısını təmin etmək gücündə olmadığına görə, səhmlərin böyük hissəsini kənar səhmdara satmaq qərara alınıb. Artıq alıcı da məlumdur: "Səhmləri almaq istəyən hüquqi şəxsdir və ölkənin holdinqlərindən biridir. Amma hələ ki, onun adı açıqlanmır".
Yeni səhmdar "Eurobank"ın səhmlərinin 85%-nə sahib olacaq. Baş mühasibin sözlərinə görə, hazırda “Eurobank”ın səhmdarları 12 fiziki şəxsdir. Yeni səhmdarın gəlişi ilə əlaqədar olaraq indiki səhmdarların 6-sı öz payından imtina edəcək.
N.Bayramov bildirib ki, "Eurobank"əsas səhmdarının dəyişəcəyi ilə bağlı Azərbaycan Mərkəzi Bankı da məlumatlandırılıb: "AMB-ni məlumatlandırmışıq, heç bir problem yoxdur".
"Eurobank"ın səhmlərinin satılması Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin müəyyən etdiyi qaydalara uyğun olaraq Bakı Fond Birjasında həyata keçiriləcək. İlin sonuna qədər bu prosesin başa çatdırılması nəzərdə tutulub

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler