» » Neft bahalaşması davam edir:

Neft bahalaşması davam edir: OPEK qərarı…

Bölmə: İqtisadiyyat
Neft bahalaşması davam edir:




Həftənin əvvəlindən etibarən neft bahalaşmağa başlayıb.

Bunu Axar.az-a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyib. Ekspert neftin bahalaşmasını bazar iştirakçılarının pozitiv siqnallar alması ilə əlaqələndirib:

“Blumberq”, Röyter”, “Uol Strit Jurnal” artıq ad çəkmədən informasiya sızdırırlar. Bu məlumatlar qeyri-rəsmi olsa da, birjalarda müsbət rəy formalaşdırır. Hətta mənbələrdə müxtəlif həcmlər qeyd olunsa da, hasilatın daha çox 1,3 milyon barrel azaldılacağı ehtimal olunur. Bazar iştirakçılarında inamın yaranması nəticədə neftin bahalaşmasına gətirib çıxarır. Belə ki, ötən cümə neftin qiyməti 58,18 dollar idisə, həftənin əvvəllindən etibarən artmağa başlayıb”.

Qeyd edək ki, bu gün “Brent” markalı neftin bir barreli 1,5 dollar artaraq 63,2 dollara qalxıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler