» » Əhali üçün sürpriz -

Əhali üçün sürpriz - Pulun 10-15%-i qaytarılacaq

Bölmə: İqtisadiyyat
Əhali üçün sürpriz -
İldən-ilə ölkəmizdə vergidən yayınma hallarının qarşısını almaq,eləcə də nağdsız ödənişləri genişləndirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Vergilər məcəlləsinə ediləcək dəyişikliklər onlardan biridir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin əlavə dəyər vergisinin bir hissəsi vətəndaşa qaytarılacaq.

Xalqinfo.az Xəzərxəbər-ə istinnadən məlumat verir ki, ölkəmizdə nağdsız ödənişlərdən istifadəni genişləndirmək,eləcə də vergidən yayınmaq hallarının qarşsıını almaq üçün Vergilər Məcəlləsinə dəyişikliklər gözlənilir. Belə ki, ticarət və iaşə obyektlərinə ödəniləcək məbləğin ƏDV-sinin bir hissəsi vətəndaşa qaytarılacaq.

Qaytarılan məbləğ nağdsız ödəmələr üzrə 15 faiz, nağd ödənişlər üzrə isə 10 faiz təşkil edəcək. İqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması üçün alışverişin çeki tələb edilməlidir

İqtisadçının sözlərinə görə geriödəmələrin hansı formada reallaşdırılacağı ilə bağlı müxtəlif mexanizmlər nəzərdən keçirilə bilər.

Rəşad Həsənov deyir ki, dəyişikliklərin ticarət və ictimai iaşə obyektlərinə ciddi təsiri olmayacaq. Çünki geriödəmələrin dövlət büdcəsi vəsaiti hesabına həyata keçiriləcəyi proqnozlaşdırılır.



Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler