» » Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı -

Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı -

Bölmə: İqtisadiyyat
Yumurtaya və toyuq ətinə gömrük güzəşti saxlanıldı -
Nazirlər Kabineti quş əti və onun subməhsullarının respublikaya idxalına tətbiq olunan güzəştli gömrük rüsumu dərəcələrini daha bir il müddətinə uzadıb.

Xalqinfo.az xəbər verir ki, beləliklə, güzəştlər 2019-cu il dekabr ayının ortalarınadək qüvvədə saxlayıb.

“2017-ci ilin noyabr ayında Nazirlər Kabineti Azərbaycana ev toyuğu ətinin (təzə, soyudulmuş və dondurulmuş) və ondan hazırlanan məmulatların idxalına 1 dollar (1 kq-a görə), 1000 ədəd yumurtanın idxalına 100 dollar məbləğində gömrük güzəşti tətbiq edib.

Rüsum dərəcələri 1 noyabr 2018-ci il tarixinədək qüvvədə olub. Hökumətin yeni qərarı ilə onların müddəti 15 dekabr 2019-cu il tarixinədək uzadılıb”, - deyə hökumətdən qeyd ediblər.

Bu qərar 2018-ci il noyabrın 7-də İqtisadiyyat, Maliyyə, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsinin razılaşdırılmış təklifləri nəzərə alınmaqla qəbul edilib.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler