Yaşayış minumumunun artırılması təklif edilibBölmə: İqtisadiyyat
“Yaşayış minimumunun 180 manat müəyyən edilməsi yoxsulluğun 5,4 faizdən 5,1 faizə enməsinə səbəb olacaq”. Xalqinfo.az xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov parlamentdə büdcə layihəsinin “Yaşayış minimumu haqqında” və “Ehtiyac meyarı” haqqında qanun layihələrinin müzakirəsi zamanı deyib. Onun sözlərinə görə, yaşayış minimumu ilə bağlı təklif olunan rəqəm reallığa adekvat olan rəqəmdir: “Hesab edirəm ki, yaşayış minimumunun bu həddə müəyyən edilməsi ölkədəki yoxsulluq səviyyəsinin 5,4 faizdən 5,1 faizə endirilməsinə öz təsirini göstərəcək”. Əmək və əhalinin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli isə təklif olan 180 manat yaşayış minumumunun 190 manata çatdırılmasını təklif edib. H. Rəcəbli həmçinin əlavə edib ki, Vergilər Məcəlləsinə edilən dəyişikliklərə əsasən, sahibkarlardan 14 faiz gəlir vergisi tutulmayacaq: “O biri tərəfdən isə əvvəllər 22 faiz sığortaya sığorta haqqı ödəyirdilər. Bu rəqəm 26 faizə çatdırılıb. Bunun da 10 faizini işçi,16 faizini isə işəgötürən verəcək. Belə olan təqdirdə istər -istəməz əməkhaqqı artır. Bəzi maliyyə imkanları yaranır. Buna görə də biz yaşayış minumununa dönə bilərik. 180 manatı 190 manata çatdıra bilərik”. Şəfa Rasimqızı www.xalqinfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|