» » Yeni doğulan uşağa görə müavinət verilsin təklifinə -

Yeni doğulan uşağa görə müavinət verilsin təklifinə - Nazirdən münasibət

Bölmə: İqtisadiyyat
Yeni doğulan uşağa görə müavinət verilsin təklifinə -
Azərbaycanın maliyyə naziri Samir Şərifov hər yeni doğulan uşağa görə müavinətin təyin edilməsi təklifinə münasibət bildirib.

Xalqinfo.az-ın xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Regional məsələlər, Gənclər və idman, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin noyabrın 7-də keçirilən birgə iclasında büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, Azərbaycanı digər ölkələrlə müqayisə etmək doğru deyil: "Məsələn, Belarusla müqayisə aparırlar. Orada vəziyyət fərqlidir. Belarusdakı demoqrafik vəziyyət Azərbaycandakı ilə müqayisə oluna bilməz, çünki arada fərq var. Yəni bu, hər dövlətdə fərqlidir. Amma bu məsələyə baxıla bilər”.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler