» » Azərbaycan yenə Beynəlxalq Telekommunikasiya İttifaqına üzv seçilib

Azərbaycan yenə Beynəlxalq Telekommunikasiya İttifaqına üzv seçilib

Bölmə: İqtisadiyyat
Azərbaycan yenə Beynəlxalq Telekommunikasiya İttifaqına üzv seçilib
Ölkəmiz Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına 119 səslə üzv seçildi. Beləliklə, Azərbaycan BTİ-nin Şurasında təmsil olunan 48 ölkədən biri oldu. Qeyd edək ki, Şərqi Avropa və MDB regionundan yalnız Azərbaycan və Rusiya Şuraya üzv seçilib.

Xalqinfo.az xəbər verir ki, respublikamız, eyni zamanda Regional Rabitə Birliyinin tarixində BTİ Şurasına üzv seçilən iki ölkədən biridir.

Məlumat üçün bildirək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının üzvü olan dövlətlərin sayı 193-dür.

Noyabrın 5-də keçirilən seçkilərdə ikinci dəfə Şuraya üzv seçilən Azərbaycan C regionundan (Şərqi Avropa və Şimali Asiya) namizədliyini irəli sürmüşdü.

Ölkəmiz bu qrupda Rusiya, Polşa, Bolqarıstan, Çexiya, Rumıniya və Qırğızıstan ilə rəqabət aparıb. Vakant 5 yerə Azərbaycanla yanaşı, dörd ölkə, o cümlədən Polşa, Rusiya, Rumıniya və Çexiya da Şuraya üzv seçilib.

BTİ-nin Radio Tənzimləmə Komitəsinə C regionundan Azərbaycanın namizədi Sahibə Həsənova 115 səslə seçilib. O, C regionu üzrə 4 namizəddən biri idi. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı olan S.Həsənova radiorabitə sahəsində ixtisaslı mühəndisdir.

Ölkəmizin Şuraya namizədliyinin dəstəklənməsi və aidiyyəti işlərin aparılması üçün 29 oktyabrdan öz işinə başlayan Səlahiyyətli Konfransda Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Eyni zamanda, Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə də konfransın əsas plenar iclasında çıxış edib və bir sıra ölkələrin sahə üzrə nazirləri ilə görüşüb.

Seçkilərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xüsusi dəstək göstərib.


Şəfa Rasimqızı
www.xalqinfo.az

Azərbaycan yenə Beynəlxalq Telekommunikasiya İttifaqına üzv seçilib
Azərbaycan yenə Beynəlxalq Telekommunikasiya İttifaqına üzv seçilib

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler