» » Ramin Quluzadə Dubayda çıxış edib

Ramin Quluzadə Dubayda çıxış edib

Bölmə: İqtisadiyyat
Ramin Quluzadə Dubayda çıxış edib
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) səlahiyyətli konfransı öz işini davam etdirir.

Daxil olan məlumata görə, səlahiyyətli konfrans çərçivəsində keçirilən plenar iclasda Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə çıxış edib.

Nazir bildirib ki, Azərbaycan İKT sektorunun inkişafı, BTİ ilə əməkdaşlığın gücləndirilməsi, həmçinin Şuranın fəaliyyətində aktiv iştirak etmək üçün davamlı işlər görür.

Azərbaycanın İKT-nin İnkişafı üzrə “Əlaqəlik 2020” Fəaliyyət Proqramını fəal şəkildə dəstəklədiyini qeyd edən R.Quluzadə ölkəmizin bu istiqamətdə mühüm siyasi sənədlər qəbul etdiyini, strateji infrastruktur layihələri həyata keçirərək, beynəlxalq maraqlı tərəflərlə əməkdaşlığı genişləndirərək Fəaliyyət Proqramının məqsəd və hədəflərinə çatmaq üçün səylər göstərdiyini vurğulayıb. O bildirib ki, 2020-ci ilə qədər Azərbaycanın İKT-nin inkişafı üzrə strateji baxışları “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyası”nda öz əksini tapıb. BTİ tərəfindən dəstəklənən “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM)” layihəsi üzrə həyata keçirilən işlərdən də danışan nazir qeyd edib ki, magistralın məqsədi Şərqlə Qərbi birləşdirəcək ən qısa transmilli fiber-optik xəttinin inşasıdır. R.Quluzadə bildirib ki, bu layihə “rəqəmli fərqliliyi” aradan qaldıracaq və dənizə çıxışı olmayan Avrasiya ölkələri üçün yeni iqtisadi imkanlar açacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler