» » Beyləqanda yol tikintisinə 18 milyon 40 min manat ayrıldı

Beyləqanda yol tikintisinə 18 milyon 40 min manat ayrıldı

Bölmə: İqtisadiyyat
Beyləqanda yol tikintisinə 18 milyon 40 min manat ayrıldı
Prezident İlham Əliyev Beyləqan rayonunun Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Xalqinfo.az-ın məlumatına görə, sərəncama əsasən, iyirmi iki min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 18, 04 milyon (on səkkiz milyon qırx min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler