» » Azərbaycanda kredit faizləri azala bilər?

Azərbaycanda kredit faizləri azala bilər?

Bölmə: İqtisadiyyat, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda kredit faizləri azala bilər?
"Bu gün uçot dərəcəsi siqnal effekti olaraq kredit faizlərinə də təsir edir".

Xalqinfo.az xəbər verir ki, bu sözləri Mərkəzi Bank sədri Elman Rustəmov deyib.

O bildirib ki, kredit faizləri təkcə uçot dərəcəsindən asılı deyil. Burada bir çox mürəkkəb məsələlər var:

"O cümlədən, bu gün bank sektorunda çox əhəmiyyətli dərəcədə struktur profisiti deyilən, yəni vəsait var, onu yerləşdirmək istəyirlər. Bazar iqtisdiyyatı dilində desək, çox böyük təklif var. Bu, kredit faizlərinin azalmasına gətirib çıxarmalı idi. Lakin bank sektorunun özündə olan problematika, orada olan zəifliklər imkan vermir ki, bu gün kredit faizlərini aşağı salaq. Biz və digər müvafiq qurumlar tərəfindən bu istiqamətdə işlər görülür, məsələ diqqət mərkəzimizdədir. Çalışacağıq ki, yaxın gələcəkdə bütövlükdə pul-kredit, o cümlədən bank siyasətinin kredit faizlərinə transmissiya effektini artıraq. Yəni ona təsir imkanlarımızı artırmağa çalışırıq. Bu böyük bir islahat tələb edir və hazırda başlıca diqqətimiz bu islahat gündəliyindədir".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler