Universitet-sənaye əməkdaşlığında - Yeni addımlarBölmə: İqtisadiyyat
Azərbaycan Turizm və Menecment Universiteti “Biznesdə uğurlu addımlar” mövzusunda tələbə biznes forumu keçirmişdir. Forumda dövlət nümayəndələri, bir çox yerli aparıcı şirkətlərin nümayəndələri və mətbuat nümayəndələri iştirak ediblər. Forumun əsas məqsədi universitet-sənaye əməkdaşlığı çərçivəsində ali təhsil müəssisələrində təhsil alan bütün tələbələrin praktik təcrübələrinin artırılmasıdır. Forumun açılışında çıxış edən ATMU-nun Elm və inkişaf məsələləri üzrə prorektoru Anar Eminov bildirib ki, artıq bir neçə ildir ki, dövlətimiz tərəfindən gənclərin biznes təşəbbüslərinin dəstəklənməsi və onların bu sahəyə olan marağının artırılması üçün müxtəlif işlər görülür. A.Eminov çıxışında bildirib ki, gənclərin bu kimi forumlara marağı olduqca böyükdür və müraciətlərin sayı gözləniləndən də çoxdur. Məhz buna görə üzümüzə gələn aylarda bu mövzuda bir neçə layihənin reallaşması üçün artıq elanlar verilib. Bunlardan biri də “Biznes Mən” layihəsidir ki, qaliblərə ATMU tərəfindən pul mükafatı veriləcək. Sonra Forumda Universitetin “Biznes İdarəçiliyi” fakultəsinin dekanı Anar Mirzəyev çıxış edib. O bildirib ki, bu kimi forumların təşkil etmək gənclərin bu sahədə daha da nəzəri və praktiki biliklərinin artırılması ilə yanaşı, onların biznesə olan maraqlarının artırılmasına gətirib çıxardır. Bu gedişatda sahibkarlığın inkişafına təkan verən amillərdən biridir. Forumda müxtəlif platformalar üzə özəl sektorda tanınan Sakit Səmədov, Aysel Cəbrayılova, Rəhman Əhmədov və Famil Alməmmədov maraqlı təqdimatlar etmişlər. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|