» » Birdəfəlik ödəmə üzrə vərəsələrin şikayətinə baxılacaq

Birdəfəlik ödəmə üzrə vərəsələrin şikayətinə baxılacaq

Bölmə: İqtisadiyyat
Birdəfəlik ödəmə üzrə vərəsələrin şikayətinə baxılacaq
Qanunvericiliyə uyğun olaraq sığorta ödənişini bir dəfə almış şəhid hərbi qulluqçuların vərəsələrinə təkrar sığorta ödənişi nəzərdə tutulmayıb.

Xalqinfo.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıbov bildirib ki, əgər nazirliyin saytında “BİRDƏFƏLİK ÖDƏMƏ” bölməsində axtarış zamanı hərbi qulluqçunun ailəsinin birdəfəlik müavinət almaq hüququnun olmadığı barədə məlumat çıxırsa, demək, onlar birdəfəlik ödəniş alıblar:

“Dövlət Sığorta Kommersiya Şirkəti Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə sığorta ödənişi almış hərbi qulluqçuların siyahısını təqdim edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzi Elektron İnformasiya Sisteminə həmin siyahıda adları olan şəxslərin sığorta ödənişi aldıqları barədə məlumat daxil edilib.

Bu səbəbdən həmin şəxslərin ailə üzvləri nazirliyin saytına yerləşdirilən siyahıda şəhid qohumlarının adını axtararkən qarşılarına onların birdəfəlik ödənişi alması ilə bağlı qeyd çıxır. Siyahı nazirliyin saytına yerləşdiriləndən sonra birdəfəlik ödəməni almaq hüququ olmayan bir neçə hərbi qulluqçunun qohumları buna etiraz ediblər.

Narazı olan şəxslər hər iki quruma - həm Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, həm də Dövlət Sığorta Kommersiya Şirkətinə rəsmi müraciət edə bilərlər. Şikayətlər araşdırılacaq”.

Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ilə qeyd edilən kateqoriyaya aid olan hər bir şəhid ailəsinin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmə həyata keçiriləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler